UEFA Çempionlar Liqasında daha bir yarımfinalçı Almaniyada keçiriləcək oyunda müəyyənləşəcək. “Bayern Münxen” “Mançester Siti”ni qəbul edəcək. İngiltərədə keçirilən ilk oyun şəhərlilərin 3:0 hesablı qələbəsilə yekunlaşmışdı. “Bayern”in heyətində əsas iktilər Lukas Ernandes və Manuel Noyerin adı ilə bağlıdır. Münxen klubuna rəhbərlik edən Tomas Tüxel ilk yarıda hesabda irəli çıxacaqları təqdirdə yarımfinala ümidlərini artıracaqlarını bildirib: “Siti ilə qarşılaşmaq həmişə çətin olur. 0:3 hesablı məğlubiyyətdən sonra dönüş etmək üçün öz gücümüzlə yanaşı, bir qədər möcüzəyə də ehtiyacımız var. Oyun əzrində tələsməməliyik. Sabitliyi qorumaq vacib faktorlardandır. Çətinliklərə baxmayaraq özümüzə inanırıq. Birinci hissədə qol və ya qollar vurub qapımızı toxunulmaz saxlasaq uğura ümid edə bilərik. Ancaq rəqibin də güclü pressinq qabiliyyəti var. İlk qolu biz buraxsaq, işimiz olduqca çətin olacaq”.

Pep Quardiolanın fikrincə, “Bayern”ə qarşı müdafiə futbolu oynamaq uğurlu taktiki seçim sayıla bilməz: “Biz yalnız ənənəvi oyunumuzu göstərməliyik. İlk görüşdə qeydə alınan hesab bizə arxayınlaşdıra bilməz. Yalnız bu qarşılaşma mərhələnin taleyini həll edəcək. “Bayern”də işlədiyim üçün onların futbola yanaşmasını yaxşı bilirəm. Almaniya klubu heç vaxt təslim olmur. Əsas hədəfimiz yarımfinala çıxıb titula bir qədər də yaxınlaşmaqdır. Bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, “Bayern” – “Mançester Siti” matçı bu gün saat 23:00-də başlanacaq. Görüşü Kleman Türpenin başçılığı altında fransalı hakimlər briqadası idarə edəcək.